İDMAN


Uşaq Gənclər Futbol Federasiyasına yeni prezident seçilib

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Gənclər və İdman Nazirliyində (GİN) Uşaq Gənclər Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seçkidə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev və digər şəxslər iştirak ediblər.

Azad Rəhimov uşaq futbolunun inkişafının önəmindən danışaraq qeyd edib ki, ölkəmizdə yeniyetmələr və gənclər arasında futbola maraq hər zaman yüksək səviyyədədir. Bu səbəbdən uşaq futbolunun inkişafı mühüm əhəmiyyət daşıyır.

Sonra səsvermə keçirilib və Rauf Əliyev Uşaq Gənclər Futbol Federasiyasının prezidenti seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.