İQTİSADİYYAT


“Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə noyabrın 28-də mobil əlavənin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, QHT, dövlət və özəl sektorun təmsilçilərinin iştirak etdikləri tədbirdə bildirilib ki, “Uşaq Qaynar Xətti” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində xidmətə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaq və gənclər, habelə valideynlər tərəfindən 15 minə yaxın müraciət daxil olub. Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub. Azərbaycan “Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5 faiz artır.

Tədbirdə, həmçinin “Ümidli Gələcək” Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ilə birgə təsis etdikləri “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatının qalibləri müəyyən olunub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.