MƏDƏNİYYƏT
“Uşaq caz günü” müsabiqəsi keçirilib
Bakı, 26 oktyabr, A.İsmayılova, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 26-da “Landmark Rotunda” “Uşaq caz günü”nə həsr edilmiş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Bakının musiqi və incəsənət məktəblərinin şagirdlərinin ifaları dinlənilib.
Körpə fidanların piano, turba, gitara və digər alətlərdə ifa etdikləri caz, pop, estrada və klassik musiqi nömrələrini tamaşaçılar hərarətlə qarşılayıb. Uşaqların ifasında dünya və Azərbaycan hit caz musiqi nömrələri, dünya caz əsərləri, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalar səsləndirilib.
Sonda qaliblər mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]