MƏDƏNİYYƏT


Uşaq kitablarından ibarət sərgi

Bakı, 24 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 saylı filialının əməkdaşları uşaq kitablarından ibarət sərgi nümayiş etdiriblər.

Tədbirdə kitab oxumağın və mütaliəyə marağın artırılması haqqında söhbət aparıblar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi 75 nömrəli tam orta məktəbin hazırlıq sinifinin şagirdlərinə həsr olunub. Məktəbəqədər uşaqlara mütaliə etmək və kitabxanalardan istifadə edilməsi haqqında tövsiyələr verilib.

Sərgidəki kitablar balacaların diqqətini cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.