MƏDƏNİYYƏT


Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti üçüncü müsabiqə cari ilin avqustun ikinci, sentyabrın isə birinci yarısında keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vakant yerlər, müsabiqənin aparılması qaydaları haqqında məlumat və elektron ərizə forması Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində avqustun 15-dən sonra yerləşdiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən məktəblərə işə qəbul vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.