REGİONLAR
Uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış edib
Bərdə, 2 yanvar, AZƏRTAC
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, Bərdə şəhər 2 nömrəli, Kətəlparaq və Kolayır kənd uşaq musiqi, 4 nömrəli incəsənət məktəblərinin kollektivləri N saylı hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər. Bayram tədbirlərində xalq və bəstəkar mahnıları, aşıq havaları, hərbi-vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Təqdim olunan musiqi nömrələri, həmçinin Şaxta baba və Qar qızın çıxışları alqışlarla qarşılanıb. Əsgərlər qonaqlarla birgə rəqs edib, şənləniblər.
Hərbi hissə komandanlığı tədbirlərin yüksək səviyyədə təşkilinə görə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinə minnətdarlığını bildirib.