CƏMİYYƏT


Uşaq poliklinikasında maarifləndirici təlim təşkil olunub

Bakı, 7 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 537 nömrəli Fərmanının 1.2.4.-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq təşkil edilib.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri 22 saylı uşaq poliklinikasında təşkil olunan təlimdə tibb işçiləri və valideynlər iştirak ediblər.

İSİM-in mütəxəssisi Şəhla İsmayılova geniş təqdimatla çıxış edərək, uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması üzrə metodik vəsait haqqında ətraflı məlumat verib. Mütəxəssis təəssüflə bildirdi ki, Azərbaycanda bütün ailədaxili cinayət hadisələrinin 40 faizini uşaqlara qarşı zorakılıq halları təşkil edir və bu zorakılıq halları çox vaxt gizlədilir.

Təlimin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, valideynlərlə fərdi görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.