ELM VƏ TƏHSİL
“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 26 dekabr, AZƏRTAC
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat məktəbi iştirak edib.
Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və yaradıcılıq mərkəzlərinə cəlb olunmalarıdır.
Münsiflər heyətinin qərarı ilə 22 nəfər birinci yerə, 17 nəfər ikinci yerə, 11 nəfər isə üçüncü yerə layiq görülüb.
Qaliblər mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]