CƏMİYYƏT


“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi keçiriləcək

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

İstedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunmaları, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə iki mərhələdə təşkil olunacaq.

Birinci mərhələ - rayon (şəhər) mərhələsi oktyabrın 17-də keçiriləcək.

Yarışmada ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.

Müsabiqə incəsənətin dekorativ tətbiqi sənət və dizayn növləri üzrə təşkil olunur. İştirakçılar bu növlərdən yalnız biri üzrə yarışmaya qatıla bilərlər.

Birinci mərhələdə müvafiq incəsənət növləri üzrə birinci və ikinci yerə layiq görülən işlər respublika mərhələsində iştirak hüququ qazanacaq. Qalib işlər oktyabrın 19-dan 21-dək Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına təqdim edilməlidir.

Respublika mərhələsində hər növ üzrə müvafiq olaraq ilk üç yeri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.