ELM VƏ TƏHSİL


Uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti ilə bağlı videokonfrans

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə təşkilatçılığı ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü münasibətilə videokonfrans keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, RYTN-in Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunan tədbirdə bu nazirliyin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Yaxşı internet üçün birləşək” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusunda müzakirələr aparılıb.

Mərkəzin direktoru vəzifəsini icra edən Rauf Cabarov Beynəlxalq Təhlükəsiz İnternet Günü barədə ətraflı məlumat verib, qurumun fəaliyyətindən danışıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun müxtəlif sahələrdə həyata keçirdiyi maarifləndirici layihələrdən söz açıb. Müvafiq layihələrə bölgə əhalisinin birbaşa cəlb olunması üçün mərkəzin yaratdığı şəraiti yüksək dəyərləndirən İ.Vəliyev elmi nailiyyətlərin geniş auditoriyaya çatdırılması və interaktivliyin təmin edilməsi baxımından bu platformanın üstünlüklərini vurğulayıb.

Digər çıxış edənlər tədris prosesində istifadə olunan elektron resurslar, internetdə təhlükəsizlik qaydaları haqqında geniş məlumat veriblər.

Sonda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdən olan müəllim və şagirdlərin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.