İQTİSADİYYAT


“Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” çərçivəsində növbəti təlimlər

Bakı, 11 mart, AZƏRTAC 

“Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” çərçivəsində növbəti təlimlər Nərimanov rayon 36 saylı tam orta məktəbdə keçirilib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, məktəbin direktoru Emilya Səfərəliyeva və ABOEMDA-nın mətbuat katibi Rübabə Qasımova şagirdlərə alternativ enerji aylığı çərçivəsində keçiriləcək təlim-treninqlər, hazırlanacaq plakatların və çəkiləcək rəsm əsərlərinin xarakteristikası haqqında, eləcə də ekskursiyalar barədə məlumat veriblər.

ABOEMDA-nın mütəxəssisləri Cahid Mikayılov və Fəqan Abdurəhmanov tərəfindən 6-10-cu sinif şagirdlərinə tükənməyən enerji növləri, alternativ enerjinin əhəmiyyəti, ölkəmizin bu sahədə potensialı və Dövlət Agentliyinin yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında nəzəri və praktik biliklər öyrədilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Şagirdlərdə diqqətin paylanması və cəmlənməsi bacarıqlarını inkişaf etdirmək üçün oyunlar keçirilib. Eyni zamanda, şagirdlər təhsilyönümlü beyin həmləsi metodları və kreativ salamlaşma üsulları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.