REGİONLAR
Uşaqlar “Zəka və istedad” adlı bilik yarışmasına həvəslə qoşulublar
Gəncə, 18 dekabr, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin və şəhər təhsil idarəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar birgə təşkil etdikləri “Zəka və istedad” adlı bilik yarışmasına start verilib.
Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Ələkbərova AZƏRTAC-a deyib ki, gələn il mayın 6-dək davam edəcək yarışmada məktəblilər tarix və biologiya fənləri üzrə, eləcə də məntiq və incəsənətlə bağlı suallara cavab verəcəklər. Verilən cavablar fənn müəllimləri və metodistlərdən ibarət təşkil edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekun turda isə ilk yerləri tutan qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]