MƏDƏNİYYƏT
Uşaqlar bizim gələcəyimizdir
Bakı, 30 iyun, AZƏRTAC
Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu əlamətdar günün təsis edilməsi tarixindən söz açılıb. Bildirilib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT-nin Baş Məclisinin Beynəlxalq Qadınlar Konfransında qəbul edilmiş qərarına əsasən təsis olunub.
Tədbirdə Bakıdakı 163 və 49 nömrəli tam orta məktəblərin və “Albalı” uşaq bağçasının kollektivləri iştirak ediblər. Uşaqlar şeirlər söyləyib və rəqs ediblər. Kitabxananın azyaşlı oxucuları tərəfindən “Tıq-tıq xanım” nağılı əsasında səhnəcik təqdim olunub.