İDMAN


“Uşaqlar bizim gələcəyimizdir” devizi altında velosiped yarışı təşkil olunub

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu 54 nömrəli orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir” devizi altında velosiped yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda məktəbin 5-8-ci siniflərinin şagirdləri iştirak ediblər.

Estafet sistemi üzrə keçirilən yarışın yekunlarına əsasən, müvafiq siniflər üzrə Banu Əhmədzadə, Mustafa Xəlilov, Hüseyn Məsimli və Hüseyn Məmmədov öz həmyaşıdları arasında 1-ci yerə layiq görülüblər. Şahin Quliyev, Ceyhun İsayev, Leyli Əliyeva və Səid Hüseynov 2-ci, Fatimə Babayeva, Aqşin Qurbanov, Rəvan Qasımlı və Qiyas Manafov isə 3-cü yeri tutublar.

Fərqlənən şagirdlər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.