ELM VƏ TƏHSİL


“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə başlanılıb

Bakı, 10 may, AZƏRTAC

Təhsil Nazirliyinin və Community.az portalının dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövründə yeniyetmə psixologiyası” adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır.

Cari ildə keçirilən təlimlərdə mindən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Ötən il layihə üzrə 46 seminar təşkil olunub.

Layihə və təlimlərin əsas məqsədi valideynlərin yeniyetmələrlə düzgün ünsiyyətinin qurulması, qarşılıqlı münasibətlərin tənzimlənməsi və keçid dövrünün problemlərinin aşkarlanaraq həll yolunun müəyyənləşdirilməsidir.

Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 23 təlim keçiriləcək.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyətin qurulması, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaqla tədrisin səmərəliliyinin artırılmasıdır. Layihə çərçivəsində təlim və görüşlər zamanı aktual mövzular seçilib müzakirə olunur, peşəkarlar tərəfindən faydalı və vacib məsləhətlər verilir.

AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsidir, daim fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.