DÜNYA


Uşaqlar üçün “Visa” ödəniş kartı hazırlanıb

Bakı, 11 may, AZƏRTAC

ABŞ-ın "Current" şirkəti uşaqlar üçün "Visa" ödəniş kartını təqdim edib. Kart övladlarının xərclərinə nəzarət etmək və onları maliyyə savadlılığına öyrətmək istəyən valideyn uşaqları üçün nəzərdə tutulub.

AZƏRTAC "newsoftheday.ru" saytına istinadla xəbər verir ki, kart üçün aylıq xidmət haqqı 5, illik 36, ikiillik 48 dollardır. Proqram valideynlərə uşağın kartına həftəlik pulköçürməsini avtomatik quraşdırmağa və əlavə ödənişlər üçün şərait yaratmağa, uşaqların xərclərinə nəzarət edərək onların həcmini məhdudlaşdırmağa, əlavə bəzi mağaza kateqoriyalarında və ya konkret yerlərdə alış-veriş üçün qadağa tətbiqinə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.