CƏMİYYƏT


“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim olub. IDEA-nın Resurs Mərkəzində keçirilən noyabr laboratoriyası “Çirklənmə və onun növləri” mövzusuna həsr olunub.

IDEA-dan AZƏRTAC-a bildirilib ki, noyabr təlimində aztəminatlı ailələrdən olan və valideynlərindən birini itirmiş uşaqlar iştirak ediblər. “Kiçik ekoloqlar”a çirklənmənin növləri, su və atmosfer çirklənməsinin səbəbləri, hava çirklənməsinin insan sağlamlığına, ətraf mühitə, ozon qatına və iqlim dəyişikliyə təsirləri izah olunub.

Təlimin gedişində uşaqlar, su və hava çirklənmələrini bir sıra laboratoriya sınaqları vasitəsilə də müşahidə edib, müxtəlif materiallardan istifadə etməklə mövzu ilə əlaqəli kiçik “sənət əsərləri” hazırlayıblar.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

Noyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də çirklənmə ilə mübarizə yollarını kiçik yaşlarından mənimsəmələri baxımından əlamətdar olub.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.