ELM VƏ TƏHSİL
Uşaqlar üçün elektrik avtomobilləri satışa çıxarılıb
Bakı, 10 fevral, AZƏRTAC
Britaniyanın “Morgan” şirkəti uşaqlar üçün birnəfərlik ekoloji və müasir nəqliyyat vasitəsi olan “EV3 Junior” retro elektrik avtomobilini satışa çıxarıb.
AZƏRTAC www.iсt.az saytına istinadla xəbər verir ki, 30-40-cı illərin yarış bolidini xatırladan, üç təkər üzərində hərəkət edən avtomobil tutumlu batareya ilə təchiz edilib. Korpusu karbon lifindən istehsal edilən bu elektromobilin salonu xromlaşdırılmış detallardan və təbii ağacdan olan laydan hazırlanıb. Hər bir müştəri üçün fərdi hazırlanan sürücü oturacağında təbii dəridən istifadə edilib. Avtomobilin sürəti saatda 16 kilometrə bərabərdir.
Sifarişlə hazırlanan və 8-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan avtomobilin qiyməti 10 min dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]