CƏMİYYƏT


Uşaqlar üçün nahar süfrəsi açılıb, hədiyyələr verilib

Bakı, 31 may, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “KOALA” istirahət və əyləncə mərkəzində uşaqlar üçün bayram tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a icra hakimiyyətindən məlumat veriblər.

Tədbirdə rayondakı 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara nahar süfrəsi açılıb və hədiyyələr təqdim olunub. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.