CƏMİYYƏT


Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, iyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunub.

Təlim zamanı uşaqlara su və onun xüsusiyyətləri barədə danışılıb, suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanılması yolları izah edilib.

Təlimin praktiki hissəsində gənc təbiətsevərlər açıq havada su ilə bağlı bir sıra sınaqların keçirilməsində iştirak ediblər.

İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olub.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə əlaqə saxlamaları xahiş olunur (497-63-16).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.