CƏMİYYƏT
Uşaqlar və gənclər pulsuz tibbi müayinədən keçəcəklər VİDEO
Bakı, 22 yanvar (AZƏRTAC). “Xüsusi qayğıya ehtiyacı olan və dövlət uşaq müəssisələrini tərk edən gənclər üçün peşə yönümlü təlimlərin keçirilməsi və onların məşğulluğuna dəstək” layihəsi çərçivəsində uşaqlar və gənclər pulsuz tibbi müayinədən keçəcəklər.
Layihə “Dünyaya baxış” Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən reallaşdırılır.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, artıq bir qrup uşaq “Sağlam Ailə” Tibb Mərkəzində pulsuz tibbi müayinədən keçirilmişdir. Bununla yanaşı, tibb mərkəzi tərəfindən onlara bir il müddətində pulsuz müayinə kartları verilmişdir.
Bu ay ərzində isə layihənin icrasına cəlb olunmuş uşaqların və gənclərin tibbi müayinəsi aparılacaqdır.