CƏMİYYƏT


“Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin “Məişət zorakılığının qarşısının alınması üzrə Tədbirlər Planı”na əsasən İctimai Səhiyyə və İslahatlar Mərkəzində uşaqların zorakılıqdan uzaq, sağlam mühitdə böyüməsi üçün nəzərdə tutulan profilaktik tədbirlərə dair təlim təşkil edilib. “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusuna həsr olunan təlim “Ümidli gələcək” İctimai Birliyi ilə birgə həyata keçirilib.

Nazirliyin mətbuat xidməti AZƏRTAC-a xəbər verir ki, təlimdə ölkəmizin əlaqədar nazirlik, institut, mərkəzlərinin və müəssisələrinin nümayəndələri də iştirak edib.

İctimai Sağlamlıq və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində mərkəzin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Gürcüstanın İctimai Səhiyyə Fondunun direktor Lia Saralidze “Qafqaz ölkələri arasında uşaqlara qarşı zorakılığın aradan qaldırılması” layihəsi və bu sahədə atılan addımlar və uğurlu əməkdaşlıq barədə danışıb.

Mərkəzin nümayəndələri 2011-ci ildə mərkəzin həyata keçirdiyi demoqrafiya və sağlamlıq sorğusuna əsasən, məişət və uşaq zorakılığı ilə əlaqədar əldə edilən nəticələri, uşaq poliklinikalarında maarifləndirilmə işinin təşkili və tibbi xidmət üçün prosedur qaydalarına dair məlumatlar veriblər. Uşaqların inkişafına, stress və travmanın uşaqlara təsirinə dair geniş təqdimatlar olub.

Təlimdə mövzu ilə əlaqədar səmərəli müzakirələr aparılıb, məişət zorakılığına qarşı mərkəz tərəfindən hazırlanan metodik vəsaitlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.