ELM VƏ TƏHSİL
Uşaqlarımıza bilik öyrədərkən vətənpərvərlikdən başlamalıyıq
Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorundan AzərTac-a bildiriblər ki, görüşdə Fondun icraçı direktoru Oktay Səmədov gənclərin hərtərəfli inkişafında qabaqcıl elm adamları və ictimai xadimlərlə birbaşa ünsiyyətin vacibliyindən danışıb.
Akademik V.Abbasov vətənpərvərlik mövzusuna toxunaraq deyib ki, bu gün uşaqlarımıza bilik öyrədərkən vətənpərvərlikdən başlamalıyıq, çünki vətənini sevməyən şagird ölkəsi üçün faydalı vətəndaş ola bilməz. Müəllimlik peşəsinin müqəddəsliyindən danışan alim bilikli gənc nəslin yetişməsində məktəbəqədər təhsilin önəmini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri, tələbələr və şagirdlər iştirak ediblər.