CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən “Cırtdan” idman yarışı keçirilib

Bakı, 30 may, AZƏRTAC

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Cırtdan” idman yarışı keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yarışda ibtidai sinif şagirdləri iştirak ediblər. Onlar kütləvi gimnastik hərəkətlər, yerindən uzununa tullanma, top və halqalarla estafet yürüşləri, basketbol topunun aparılması və qapıya qol vurma üzrə yarışda qüvvələrini sınayıblar. Yarışın yekun nəticələrinə görə birinci yerə rayonun 269, ikinci yerə 245, üçüncü yerə 263 nömrəli məktəbin komandaları çıxıblar.

Qaliblərə diplom və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.