İDMAN


Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş futzal turniri başa çatıb

Bakı, 30 may, AZƏRTAC

“Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən təşkil edilmiş eşitmə qüsurlu əlillər arasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş futzal turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” ikinci, “Şimşək” üçüncü yeri tutub.

“Azəri” komandasının üzvü Rüfət Yusifov turnirin ən yaxşı oyunçusu, Şövkət Əskərov isə (“Zirvə”) ən yaxşı qapıçısı seçilib. “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə yarışın bombardiri olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.