CƏMİYYƏT


Uşaqların gözləri həmişə gülsün...

Bakı, 1 iyun, G.Mahmudlu, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların gözləri həmişə gülsün” adlı aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, mərkəzin əməkdaşları Nəsimi rayonunda yerləşən 11 saylı xüsusi məktəbə baş çəkiblər. Fiziki qüsurlu uşaqların təhsil aldığı məktəbdə müayinələr keçirilib. Daha sonra onlara hədiyyələr paylanılıb.

Məktəbin direktoru Aynurə Hacıyeva bildirib ki, təhsil ocağının 857 şagirdi var.

Aksiyanın davamı olaraq mərkəzdə uşaqlar üçün əyləncə tədbiri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.