ELM VƏ TƏHSİL


Uşaqların internet təhlükəsizliyi dünya səviyyəsində diqqət cəlb edən məsələlərdəndir

A+ A

Bakı, 11 yanvar, AZƏRTAC

Uşaqların internetin mənfi təsirlərindən qorunması problemi dünya səviyyəsində diqqət cəlb edən məsələlərdəndir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AZƏRTAC-a bildirib ki, internetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çoxlu sayda məlumat yayılıb və onların təbliğatını aparan kontentlər ziyanlı informasiya daşıyıcılarıdır.

Beynəlxalq aləmdə bu problemlə bağlı yanaşmalar və çağırışlar haqqında danışan alim bu sahədə İngiltərədə “The Internet Watch Foundation” təşkilatının mühüm rola malik olduğunu söyləyib. O, qeyd edib ki, bu kimi təşkilatlara daxil olan müraciətlər əsasında internetdə rast gəlinən təhlükələrə qarşı mübarizə aparılır.

Ölkəmizdə bu sahədə mövcud olan problemlərin araşdırılmasına böyük ehtiyac olduğunu söyləyən R.Əliquliyev bildirib ki, media orqanlarında mütəxəssislər tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı və bu problem populyarlaşdırılmalıdır. Alim müvafiq qurumlarla birgə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

R.Əliquliyev, həmçinin ölkəmizdə bununla bağlı atılacaq addımlardan biri kimi institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların internetdə təhlükəziliyin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini qeyd edib. Alim deyib ki, mərkəzdə əldə olunan məlumatların intellektual analizi bu problemlərin həlli baxımından böyük əhəmiyyət daşıyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.