CƏMİYYƏT
Uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb
Bakı, 24 aprel, AZƏRTAC
Əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən mütəmadi keçirilən aksiyalardan biri çərçivəsində uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb.
RMDM-dən AZƏRTAC-a bildiriblər ki, aksiyanın keçirilməsində əsas məqsəd uşaqların erkən yaşda göz sağlamlığının qorunmasını təmin etmək və bu istiqamətdə onlara dəstək verməkdir.
"Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi ilə birgə baş tutan aksiyada RMDM-in oftalmologiya şöbəsinin həkim-oftalmoloqu Qəmər Əliyeva tərəfindən bir qrup uşaq oftalmoloji müayinədən keçib. Çəpgözlük problemi olan uşaqlar əməliyyat olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]