MƏDƏNİYYƏT


Uşaqların yay sevinci

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

“Sehrli dünya” uşaq jurnalının 50-ci nömrəsi işıq üzü görüb. Yaradıcı kollektiv bu əlamətdar hadisəni uşaqlarla birgə Dövlət Sərhəd Qoşunlarının istirahət mərkəzi olan “Sərhədçi”də qeyd edib.

Redaksiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə klounlar, istirahət mərkəzinin “Sərhədçi” ansamblı, “Can bala” qrupu, “Təbəssüm” uşaq kollektivinin çıxışları balacalar tərəfindən maraqla qarşılanıb. Keçirilən üzgüçülük yarışında fərqlənənlər mükafatlandırılıb.

“Sərhədçi” istirahət mərkəzində keçirilən çimərlik bayramı “Təbəssüm” uşaq rəqs qrupunun ifası ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.