MƏDƏNİYYƏT


“Ustada ehtiramla” kitabının təqdimatı olub

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Bülbülün Memorial Muzeyində görkəmli vokal ifaçısı, Xalq Artisti Mobil Əhmədovun 85 illik yubileyi və Əməkdar Artist Ramil Qasımovun “Ustada ehtiramla” adlı kitabının təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru Fərqanə Cabbarova Mobil Əhmədovun Azərbaycan professional vokal sənətinin banisi Bülbülün sinfində təhsil aldığını, Bülbül məktəbinin davamçısı olduğunu vurğulayıb. Hər iki dahi sənətkarımızın xatirələri yad edilib.

Tədbirdə “Mədəniyyət” kanalının baş direktoru, Əməkdar Artisti Ramil Qasımov Mobil Əhmədovun həyat və yaradıcılığından geniş söhbət açıb.

Həmçinin tədbirdə iştirak edən qonaqlar dahi sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbir zamanı Mobil Əhmədovun ifaları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.