MƏDƏNİYYƏT


“Ustad”ın yeni nömrəsində...

A+ A

Bakı, 1 fevral, AZƏRTAC

“Ustad” jurnalının yeni nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir” yazısı ilə açılır.

Bu nömrədə AMEA-nın şöbə müdiri, professor Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi”, Niyazi Mehdinin “Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya”, Maral Baharın Füzulinin şeirlərinə həsr etdiyi “Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət” yazısı yer alıb.

Məti Osmanoğlu “37-ci il xatirəsi” yazısında Abbas Zamanovdan söhbət açır. Almaz Ülvi isə “110 illik iki ömrün nağılı – Səməd Vurğun və Süleyman Rüstəm” haqqında maraqlı yazısı ilə iki şairin həyat yoluna və yaradıcılığına işıq salıb.

Nazim Muradov “Bu il qaranquşlar Yəmənə uçmaz” yazısında şair Ramiz Qusarçaylının yaradıcılığından söz açıb. Təranə Vahidin “Çərçivə”, Vaqif İsaqoğlunun “Armud ağacı” hekayələri, Müşfiq XANın “Yoxolma” povestindən bir hissə də bu nömrədə yer alıb. Jurnalda Vəfa Mürsəlqızı və Faiq Balabəylinin şeirləri də dərc olunub.

Maraqlı yazılarla bol olan “Ustad”ın bu nömrəsində oxucular, həmçinin Dilqəm Əhmədin “1933-cü il”, Hüseyn Şahbəndəyevin “Bir daha Aşıq Ələsgərin savadsız olduğu iddiası haqqında” və digər araşdırma yazılarla tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.