DÜNYA


Üzərində Prezident Nursultan Nazarbayevin şəkli olan yeni təngə dövriyyəyə buraxılacaq

A+ A

Astana, 15 noyabr, AZƏRTAC

Qazaxıstan Respublıkasının müstəqilliyinin 25 illiyi münasibətilə Qazaxıstan Milli Bankı çap etdiyi yeni 10000 təngəlik əsginasın təqdimatını keçirib. Üzərində Prezident Nursultan Nazarbayevin şəkli olan əsginas cari il dekabrın 1-də ölkədə hər il qeyd edilən “Qazaxıstan Respublikasının birinci Prezidentinin günü” münasibətilə dövriyyəyə buraxılacaq.

Əsginasın məhz Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibətilə buraxılmasında məqsəd dövlətin qurulmasında, ölkənin inkişafında və gücləndiriliməsində Nursultan Nazarbayevin əvəzsiz xidmətlərinin əhəmiyyətini əks etdirmək olub.

Təqdimat mərasimində bildirilib ki, 1993-cü ildə ilk milli əsginasın yaradılmasında ölkə başçısının xüsusi xidmətləri olub.

Bundan əlavə, Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibətilə “Мәңгілік Ел” adlı xatirə sikkəsi də buraxılır. Bu xatirə sikkəsi müstəqillik illərində ölkənin qazandığı uğurları əks etdirir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.