MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Konsert-görüş” keçirilib

A+ A

Bakı, 23 sentyabr, Aynur İsmayılova, AZƏRTAC

Sentyabrın 23-də Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın ev-muzeyində “Konsert-görüş” keçirilib.

AZƏRTAC xəbər verir ki, ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov skripkaçı Fərhad Aşumovu və pianoçu Zülfiyyə Sadıqovanı qonaqlara təqdim edib.

Bildirilib ki, Nazim Əliverdibəyov adına gənc ifaçılar müsabiqəsinin diplomantı Fərhad Aşumov Dərbənd, Mahaçqala, Brno, Bratislava, Trnava və digər şəhərlərdə konsert proqramları ilə çıxış edib.

Xəzər Universitetində “Musiqi və incəsənət” kafedrasının müdiri, dosent Zülfiyyə Sadıqovanın İngiltərə, Norveç, İtaliya, Fransa, Türkiyə, İran, Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstanda solo konsertləri olub.

Üzeyir Hacıbəylinin ev-muzeyində təqdim edilən konsertdə Fərhad Aşumov və Zülfiyyə Sadıqova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.