MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert təqdim edilib

A+ A

Bakı, 23 sentyabr, Flora Şükürova, AZƏRTAC

Sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti musiqi gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsertin bədii rəhbəri və dirijoru Xalq Artisti Gülbacı İmanovadır.

Konsertdə Haqay Şaham (skripka, İsrail) və Nina Makarova (metso-soprano) çıxış ediblər. Gecədə A.Qəmbərlinin “Pastoral”, Y.Sibeliusun “Skripka və orkestr üçün konserti”, S.Prokofyevin “Aleksandr Nevski” kantatası səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.