MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 27-dək Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq budəfəki festivalın açılışı sentyabrın 17-də baş tutacaq. Ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir bəy və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Milli Konservatoriyanın qarşısında, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində güllələnmiş abidələr ziyarət olunacaq və tədbir Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkarın abidəsi önündə davam edəcək. Sentyabrın 18-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.

On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley tədbiri, Muzey Mərkəzində “Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimat mərasimi keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.