MƏDƏNİYYƏT
Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert
Bakı, 24 sentyabr (AZƏRTAC). Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) kamera konserti olub.
AZƏRTAC xəbər verir ki, ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə həmişə gənc musiqiçiləri dəstəklədiklərini, yaradıcılıq imkanlarını genişləndirmələri üçün onlara şərait yaratdıqlarını söyləyib. Bildirib ki, bu gün konsert proqramı ilə çıxış edəcək “Trio-klassik” ansamblı Bəstəkarlar İttifaqının təşəbbüsü ilə yaradılmış üçüncü ansambldır. Ansamblın solistləri Allahyar Vəzirov, Nərgiz Əliyeva, Məmməd Rəcəbli, Vəli Budaqov və Səbuhi Xəlilovdur.
F.Əlizadə diqqətə çatdırıb ki, bu konsert onların debütüdür və davamlı olacağına inanırıq.
Konsertdə Mixail Qlinkanın “Patetik trio”, Feliks Mendelsonun “İki klarnet üçün konsert” və Firəngiz Əlizadənin “Crossing I” əsərləri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]