İDMAN


Üzgüçülük yarışlarının ikinci gününün qalibləri müəyyənləşib

Bakı, 14 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarının ikinci gününün axşam sessiyası start götürüb.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının finalında İordaniya təmsilçisi Kader Qetriç Baqla qalib gəlib. O, finişə 1:45.85 saniyəyə çatıb. İkinci və üçüncü yerləri müvafiq olaraq, türkiyəli üzgüçülər Erge Can Gezmiş (1:50.31 s.) və Doqa Çelik (1:50.44 s.) tutublar.

Kişilər arasında brass üsulu ilə 200 metr məsafəyə üzmə yarışlarının qalibi indoneziyalı Qaqerin Nataniel (2:17.23 s.) olub. Gümüş medalı türkiyəli üzgüçü Alkpan Örnek (2:17.58 s.), bürünc medalı isə suriyalı Azad Albarazi qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.