REGİONLAR


Uzun illərdən bəri ilk dəfə oktyabrın ortalarında İlisuya qar yağıb FOTO VİDEO

A+ A

Qax, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qaxın dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinə, o cümlədən İlisu kəndinə ilk qar yağıb. Kəndin yaşlı sakinlərinin bildirdiyinə görə, uzun illərdir ki, oktyabrın ortalarında İlisuya qar yağmırdı.

AZƏRTAC xəbər verir ki, qarın qalınlığı bir neçə santimetr təşkil etdiyindən avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı çətinlik yaranmayıb. Kəndin təbii qazla təchizatı da normal qaydada davam edir.

Havaların kəskin soyuması yerli sakinlərin qış hazırlıqlarını da tezləşdirib. Bu günlərdə heyvandarların da qayğıları çoxalıb. Artıq qoyun sürülərinin yaylaqlardan qışlaqlara köçü başlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.