Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Üzvi enerji mənbələri tükəndikcə radiasiya və nüvə təhlükəsizliyi problemlərinin aktuallığı artır

Bakı, 21 oktyabr, Elvira Məmmədova, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya beynəlxalq konfransı işə başlayıb.

Konfransı AMEA, Radiasiya Problemləri İnstitutu (RPİ), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə Atom Enerji Kurumu, Qazaxıstan Milli Nüvə Mərkəzi, Nüvə Fizikası İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu, Qırğızıstan Elmlər Akademiyası birgə təşkil edib.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin qatıldıqları tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək, mövzunun aktuallığından danışıb, konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, nüvə enerjisi ehtiyatlarına, istifadə texnologiyalarının hazırlığına, müxtəlifliyinə, etibarlılığına, ekoloji təminatına görə dünyada ən perspektivli enerji mənbəyidir. Ötən əsrin 50-ci illərindən başlayaraq nüvə enerjisinin dinc məqsədlərlə istifadə yollarının aşkar edilməsi, nüvə enerjisinin müxtəlif məqsədli istifadələri ilə əlaqədar radiasiya və nüvə təhlükəsizliyi problemləri ümumbəşəri aktual problem kimi qarşıya çıxmış və üzvi enerji mənbələri tükəndikcə bu problemlərin aktuallığı daha da artmışdır. Azərbaycanda nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə elmi-tədqiqat işlərinin əsası akademik Y.Məmmədəliyev tərəfindən qoyulmuş və AMEA-nın Radiasiya Problemləri İnstitutu keçən əsrin 60-cı illərində məhz bu məqsədlə yaradılıb. RPİ respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, radiasiya materialşünaslığı, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri üzrə elmi və tətbiqi işlər aparan yeganə elmi müəssisədir. İndi artıq nüvə enerjisinin gələcəkdə bəşəriyyətin böyük energetik tələbini ödəyən əsas mənbələrdən biri olması dəqiq elmi araşdırmalarla sübut olunub. Odur ki, son illər nüvə energetikası böyük sürətlə inkişaf etməklə yanaşı, nüvə enerjisinin dinc məqsədlərlə istifadə edildiyi sahələr gündən-günə genişlənməkdədir. Məhz bunun nəticəsidir ki, 2000-ci ildən başlayaraq Avrasiya türkdilli ölkələri iki ildən bir konfrans keçirir. Türkiyə, Qazaxıstan və Özbəkistanda keçirildikdən sonra növbəti konfrans Azərbaycanda təşkil olunub.

AMEA RPİ-nin direktoru, akademik Adil Qəribov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov konfransın əhəmiyyətindən danışıblar.

Sonra Türkiyə Atom Enerji Kurumunun prezidenti Zafer Alper, Qazaxıstan Milli Nüvə Mərkəzinin baş direktoru Erlan Batyrbekov, Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun laboratoriya müdiri Qayrat Kulabdullayev və başqalarının elmi məruzələri dinlənilib.

Oktyabrın 24-dək davam edəcək konfransın işində Azərbaycan Respublikasının nüvə və radiasiya ilə bağlı qurumları, eləcə də Rusiya, Argentina, Almaniya, Polşa, Ukrayna, Belarus, Türkiyə, Şimali Kipr, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran və digər ölkələrdən 80-ə yaxın alim iştirak edir. Konfransa 13 ölkədən 287 məruzə daxil olub.

Beynəlxalq tədbirdə nüvə və radiasiya tədqiqatları və texnologiyaları, onların praktiki aspektləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub