Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

VATİKAN DÖVLƏTİNİN BAŞÇISI PAPA II İOANN PAVEL HƏZRƏTLƏRİNƏ

Möhtərəm Papa həzrətləri,

Vatikan Dövlətinin milli bayramı - Müqəddəs taxta əyləşmə günü münsibətilə Sizi və bütün katolikləri səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası və Vatikan Dövləti arasındakı dostluq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə fədakar işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin