Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

V.Doroxin: Rusiya-Azərbaycan münasibətlərinin əsas üstünlüyü - onların proqnozlaşdırıla bilməsidir

V.Doroxin: Rusiya-Azərbaycan münasibətlərinin əsas üstünlüyü - onların proqnozlaşdırıla bilməsidir

Moskva, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Rusiyada Diplomatik İşçilər Günü qeyd edilir. Bu münasibətlə “Komsomolskaya Pravda” qəzetində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə müsahibə dərc edilib.

Səfir qeyd edib ki, bu gün Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərində əsas məsələ bu münasibətlərin sabit, səmimi xarakteri və hər iki ölkənin uğurlarına maraq məsələsidir. Diplomat deyib: “Azərbaycanın müstəqil dövlət kimi mövcud olduğu illər ərzində biz bir-birimizi başa düşməyi öyrənmişik. Biz öz imkanlarımızı bilir və bundan artıq heç nə tələb etmirik. Azərbaycan da Rusiyaya münasibətdə eyni mövqe tutur. Bu, strateji tərəfdaşlıq adlanır. Azərbaycanla Rusiyanın münasibətlərinin əsas üstünlüyü - onların proqnozlaşdırıla bilməsidir. Biz tərəfdaşımızın Azərbaycan olduğu hissədə öz cənub sərhədlərimizə görə arxayın ola bilərik. Bizim üçün heç bir xoşagəlməyən gözlənilməz hadisə olmayacaq. Bu isə indiki mürəkkəb beynəlxalq şəraitdə çox vacibdir”.

Səfirin fikrincə, ölkələrimiz arasında, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda əmtəə dövriyyəsinin vəziyyəti çox yaxşıdır. V.Doroxin vurğulayıb: “Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın aparıcı tərəfdaşlarından biridir. Azərbaycanda rus dilinə münasibətin çox yaxşı olmasına əsaslanan unikal müştərək proqramları xüsusi qeyd etmək istəyirəm. Deyə bilərəm ki, Rusiyanın aparıcı neft və neft-qaz şirkətləri azərbaycanlı həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir. Məsələn, “Lukoyl” Xəzərdə ən iri qaz yatağı olan “Şahdəniz” yatağının mənimsənilməsi üzrə beynəlxalq enerji layihəsinin səhmdarıdır. “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə sıx əlaqə saxlayır. Hazırda Azərbaycana Rusiya qazı satışının bərpasının mümkünlüyü məsələsi müzakirə edilir. SOCAR ilə Rusiyanın “Rosneft” neft-qaz şirkətinin yaratdığı müştərək müəssisə Avropada qeydiyyata alınıb. İldə bir milyon ton neft hasil edən “RussNeft” şirkəti də Azərbaycanda işləyir”.

Rusiya səfiri yanvarın axırlarında istifadəyə verilmiş Transxəzər beynəlxalq nəqliyyat marşrutu barədə söhbət açaraq qeyd edib ki, bu nəqliyyat dəhlizi ilə bağlı məsələ Rusiya-Azərbaycan münasibətlərinin gündəliyinə daxil deyil. O deyib: “Biz əsla təşviş hissi keçirmirik, məsələni dramatikləşdirmirik. Dünyada dəmir yolları çoxdur. Onların bir qismi Rusiya ərazisindən, bir qismi ondan yan keçir. Bu, bazardır! Biz öz BAM yolumuzdan imtina etməyəcəyik. Rəqabət isə məlum olduğu kimi tərəqqinin hərəkətverici qüvvəsidir”.

V.Doroxin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi mövzusuna toxunaraq vurğulayıb ki, nəqliyyat dəhlizi yaradılması məsələsi iki səbəbə görə Rusiya-Azərbaycan münasibətlərinin gündəliyinə daxil deyil: “Birinci səbəb siyasi xarakter daşıyır. Bu enerji resursları Azərbaycana məxsusdur. Azərbaycan həmin resurslardan istədiyi kimi istifadə edir. Bu onun hüququdur. İkinci səbəb iqtisadi xarakter daşıyır. Gəlin Azərbaycanın qaz nəql etmək imkanlarına baxaq. Proqnozlara görə, 2020-ci ilin əvvəlində Azərbaycan Avropa bazarına 10 milyard kubmetr qaz nəql edə bilər. Bu, ən yaxşı halda belə olacaq. Siyasi vəziyyət nəzərə alınmaqla, o vaxt üçün “Qazprom”un Avropaya nə qədər qaz nəql edəcəyini mən bilmirəm. Lakin həmin göstəricinin indiki səviyyədən az olacağını güman etmirəm. Bu isə təxminən 150 milyard kubmetrdir...”.

Səfir Rusiya ilə Türkiyə arasında qarşılıqlı münasibətlərdə Azərbaycanın vasitəçilik rolu barədə sualın cavabında deyib: “Rusiya-Türkiyə münasibətlərində baş verən hadisələrlə əlaqədar Azərbaycanın narahatlığını Moskvada çox yaxşı başa düşürük. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində səsləndirilmiş mövqedə “vasitəçilik” sözü yoxdur. Onlar çox nəzakətli tərzdə bildiriblər ki, Azərbaycana eyni dərəcədə yaxın olan iki ölkə arasında münasibətlərdə yaranmış bu çətin vəziyyəti tənzimləmək üçün nə mümkündürsə, etməyə hazırdırlar. Deyə bilərəm ki, bu gün bu problemin həlli üçün Azərbaycanın öz imkanlarından istifadə etməsinə bizim ehtiyacımız yoxdur və Azərbaycan bunu düzgün başa düşür. Sonra nə olacağını həyat göstərər”.

Səfir daha sonra deyib: “Əgər indiyə qədər Türkiyəyə gedən dörd milyon rusiyalı Azərbaycana gəlməyə başlasa, mən Rusiya Federasiyasının səfiri kimi özümü ən xoşbəxt insan hesab edərdim. Məmnuniyyətlə deyə bilərəm ki, bizdə turistlərin Azərbaycana marağı artmaqdadır. Qonşularımız özlərinə diqqəti cəlb etmək üçün yaxşı şans qazanırlar. Azərbaycanda turizmin inkişafı üçün perspektiv imkanlar var və ölkə bu istiqaməti prioritet istiqamətlərdən birinə çevirir”.

V.Doroxin rusiyalılar tərəfindən Azərbaycanın öyrənilməsi problemini xüsusi qeyd edib: “Peşəkarlıq məsələsi mənim üçün xüsusilə vacibdir. Mən Azərbaycanda səfir kimi işləmək üçün getməyə hazırlaşanda baxdım görək bu respublika barədə nə yazılıb, nə çap edilib. Məlum oldu ki, Azərbaycanın müstəqil dövlət kimi mövcud olduğu 14 il ərzində Rusiyada bu ölkə barədə cəmi bir kitab çap edilib. Əyanilik üçün bir misal çəkim. 1991-ci ildə məni Macarıstana müşavir-elçi vəzifəsinə ezam etmişdilər. O vaxt Rusiya səfirliyində 51 diplomat işləyirdi. Onlardan 48 nəfəri macar dilində danışırdı. Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində 18 diplomat çalışır və Azərbaycan istiqamətində işləməyə peşəkar səviyyədə hazırlaşmış, yəni Azərbaycan dilindən əlavə, Azərbaycanın tarixini, bu ölkənin mədəniyyətini, iqtisadiyyatını da öyrənmiş bircə nəfər də yoxdur. Bu yaxınlarda səfirlikdə Ayla Məmmədova adlı bir qız işləməyə başlayıb. O, Azərbaycan dilində az-çox danışır. Bizdə indiyə qədər “azərbaycanşünaslıq” yoxdur, Azərbaycan istiqamətində siyasətin həyata keçirilməsi üçün elmi baza, ekspert bazası yoxdur. Yeri gəlmişkən, fikrimcə, bizdə Birliyin üzvü olan başqa ölkələrdə də siyasətin həyata keçirilməsi üçün ekspert bazası yoxdur. Moskvada bu vəziyyəti bilirlər və başa düşürlər ki, bu məsələ həll edilməlidir. Lakin bunun üçün vaxt lazımdır. Bu problemin siyasi, informasiya tərkib hissələri var. Azərbaycan bizim qonşumuzdur. O bizim tərəfdaşımızdır və başa düşür ki, tarixən rusiyasız yaşaya bilməz. Biz də öz növbəmizdə onu bu gün tanıdığımızdan daha yaxşı tanımalıyıq. Burada işlədiyim yeddi il ərzində görürəm ki, vəziyyət yavaş-yavaş dəyişir. Rusiya mətbuatında bu ölkə barədə materialların sayı artmağa başlayıb. Azərbaycanın adı, o cümlədən “Komsomolskaya Pravda”da dərc edilən yazılar sayəsində, daha çox səslənməyə başlayıb. Əlbəttə, azərbaycanlı həmkarlarımız da bu istiqamətdə daha çox fəallıq göstərməyə başlayıblar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib