SİYASƏT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyinin Mətbuat Xidməti bildirir ki, daxilolmalar üzrə yekunların ilkin hesablamalarına əsasən 2001-ci ildə dövlət büdcəsinə 2899,5 milyard manat vəsait səfərbər edilmiş, vergi daxilolmalarının büdcəyə alınması üzrə proqnoz tapşırıqları 93,1 faiz yerinə yetirilmişdir. 2001-ci ilin dördüncü rübündə büdcəyə alınan vergilərin məbləği 826,6 milyard manat, dekabr ayı üzrə isə 341,2 milyard manat olmuşdur və proqnoz tapşırıqları müvafiq olaraq 100,1 faiz və 114,8 faiz icra edilmişdir.
2000-ci illə müqayisədə büdcəyə 347,5 milyard manat və ya 13,6 faiz çox vəsaitin alınması təmin edilmişdir.