Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir”

VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir”

Bakı, 1 aprel, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Azərbaycanda səfərdə olan Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində BANM-də olub, bir sıra işgüzar görüşlər keçirib.

Qeyd edək ki, Tı Txan Ngia 1962-ci il oktyabrın 29-da Vyetnamın An Janq vilayətində anadan olub. 1981-1986-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) neft və qazın istehsalı mühəndisliyi ixtisası üzrə təhsil alıb. T.T.Ngia 1987-ci ildə Vyetnamın beşinci ən böyük şirkəti hesab olunan VIETSOVPETRO neft-qaz şirkətində operator kimi əmək fəaliyyətinə başlayıb. 1988-2004-cü illərdə burada usta, briqadir köməkçisi, platforma rəisinin müavini, sədr, baş mütəxəssis, sədr müavini vəzifələrində çalışıb. 2005-2006-cı illərdə Asiya Texnologiya İnstitutunda (Tayland) menecment ixtisası üzrə təhsil alıb. 2005-2009-cu illərdə VIETSOVPETRO şirkətində qaz obyektlərinin istismarı üzrə direktor vəzifəsinə təyin olunub, 2009-2012-ci illərdə o, neft və qazın istehsalı üzrə direktor, daha sonra baş mühəndis kimi fəaliyyət göstərib. T.T.Ngia 2013-cü ildən həmin şirkətin baş direktorudur. VIETSOVPETRO şirkətində çalışdığı illər ərzində o, Vyetnam Sənaye və Ticarət Nazirliyi və Rusiya Federasiyasının Energetika Nazirliyi tərəfindən medal və fəxri diplomlara layiq görülüb.

Tı Txan Ngia səfərinin yekunlarına dair müsahibə verib.

- Siz Azərbaycanda ali təhsil almısınız və uzun müddət burada yaşamısınız. Sonuncu dəfə ölkəmizdə nə vaxt olmusunuz və bu səfəriniz sizdə Azərbaycan ilə bağlı hansı təəssüratları yaratdı?

- Azərbaycan mənim üçün çox doğma ölkədir. Çünki buradakı mühit, insanlar, tələbəlik illəri mənim bir şəxsiyyət və gələcəyin mütəxəssisi kimi formalaşmağımda böyük rol oynayıb. Azərbaycana son səfərim 14 il əvvəl olub. Bu qədər uzun müddətdən sonra Azərbaycana yenidən səfər etmək və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlamaq mənim üçün çox sevindirici və mühüm hadisədir. Xatırlayıram ki, hələ 1983-cü ildə Bakıda təhsil aldığım vaxt Azərbaycanın ümummilli lideri Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfər etmişdi. Bu səfər Vyetnamın iqtisadi irəliləyişində, həmçinin elm və təhsilin inkişafında böyük rol oynadı. Vyetnam xalqı hər zaman Heydər Əliyevi böyük ehtiramla yad edir. Ölkələrimiz arasında təhsil sahəsində təməli Heydər Əliyev tərəfindən qoyulan əməkdaşlıq hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnama əhəmiyyətli səfəri oldu. Qeyd edim ki, həmin səfər zamanı Prezident İlham Əliyev ilə görüşdə mən Azərbaycanda təhsil almış mütəxəssis kimi çıxış etdim. Bu səfər təhsil sahəsində əməkdaşlığımızı növbəti inkişaf mərhələsinə qaldırdı. Bu gün VIETSOVPETRO şirkəti və Bakı Ali Neft Məktəbi arasında qurulan əməkdaşlıq bunun məntiqi davamı kimi qiymətləndirilə bilər. Bakıya gəldikdə isə o, çox dəyişib. Həmişə gözəlliyi və zəngin tarixi ilə seçilən Bakı bu gün məni daha da heyrətləndirdi. O nəinki gözəlləşib və qədimliyini qoruyub, həm də çox müasirləşib. Yeni binalar, göydələnlər, mədəniyyət və incəsənət evləri, memarlıq abidələri, yeni asma və müxtəlif üslubda olan körpülər tikilib, Bakının rəmzlərindən olan dənizkənarı milli park da genişlənib və abadlaşıb. Çox sevindirici haldır ki, Bakı müasirləşməklə yanaşı, həm də Şərq üslubunu qoruyub saxlaya bilib. Şəhərin küçələrini gəzdiyim zaman ötən illəri xatırlayırdım. Budəfəki səfərim burda yaşadığım dövrü, mənə əziz olan tələbəlik illərimdən qalan xatirələrimi canlandırdı.

- Səfər çərçivəsində Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Bu əməkdaşlığın nə kimi perspektivləri olacaq?

- Biz bu əməkdaşlıqdan çox razıyıq. Zənnimcə bu əlaqələr gələcəkdə şirkətimizdə çalışan azərbaycanlı mütəxəssislərin sayını artıracaq. Dünyada tanınan neft-qaz şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlamaq bizim üçün çox mühüm hadisədir və gələcəkdə mütəxəssis təcrübəsinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinə, BANM-nin tələbələrinin Vyetnamda istehsalat təcrübəsi keçmələrinə, vyetnamlı tələbələrin BANM-də təhsil almalarına, şirkətin mütəxəssisləri üçün BANM-də müxtəlif mövzular və ixtisaslar üzrə seminar, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkilinə, elmi-tədqiqat işlərinin aparılmasına, birgə elmi, elmi-praktik, praktik-texnoloji seminar və konfransların təşkilinə, müxtəlif ölkəmiqyaslı və beynəlxalq layihələr çərçivəsində əməkdaşlığa, şirkətin və BANM-nin mütəxəssisləri tərəfindən birgə elmi-tədqiqat işlərinin, kadr ehtiyatlarının inkişafı kimi vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcək. Düşünürəm ki, imzalanan anlaşma memorandumu iki ölkə arasında neft-qaz sahələri üzrə kadr və mütəxəssis təcrübələrinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsində yeni mərhələ olacaq.

- Vyetnamın neft və qaz hasilatının 80%-ni təmin edən şirkətin baş direktoru olmaq sizin üçün nə deməkdir? Bu vəzifəyə təyin olunmamışdan öncə hansı mərhələlərdən və çətinliklərdən keçmisiniz? Çətinliklərin öhdəsindən necə gəlmisiniz?

-Əlbəttə, belə iri şirkətin baş direktoru olmaq çox məsuliyyətlidir. Ölkənin yanacaq-energetika və iqtisadi sektorunun inkişafının bir qismi demək olar ki, bizim şirkətin fəaliyyətindən asılıdır. Ona görə fəaliyyətimiz çoxşaxəlidir. Hazırda şirkətimiz Vyetnamı Cənub-Şərqi Asiyada neft sənayesinin inkişafı üzrə üçüncü yerə gətirib çıxarıb. Mən bu şirkətə ilk dəfə 1987-ci ildə gəlmişəm. Operator vəzifəsindən başlayaraq müxtəlif illərdə usta, briqadir köməkçisi, platforma rəisinin müavini, sədr, baş mütəxəssis, sədr müavini kimi vəzifələrdə çalışmışam. 2013-cü ildə isə VIETSOVPETRO şirkətinin baş direktoru vəzifəsinə təyin olunmuşam. Nəzəri biliklərimi təcrübədə istifadə etməklə illər keçdikcə irəli addımlamışam. Xüsusilə də, neft-qaz sahəsindəki biliklərimi və təcrübəmi azərbaycanlı müəllim və rəhbərlərimdən almışam. Sovet dövründə ali təhsilimi bitirən kimi işləməyə başlamışam. Azərbaycanlı mütəxəssislər tərəfindən tədris olunan nəzəri biliklərimi uğurla təcrübədə istifadə etmişəm. VIETSOVPETRO şirkətində çalışdığım ilk illərdə burada azərbaycanlı mütəxəssislərın sayı çox idi. Vyetnamda dənizdə hasilat və qazma sahəsi üzrə təcrübə olmadığına görə azərbaycanlı mütəxəssislərin bu sahədəki təcrübələri bizim şirkət üçün həmişə böyük əhəmiyyət daşıyıb. Bu uzun yolda çox çətinliklərdən keçmişəm. Əsas çətinliklərdən olan tənbəlliyə qalib gələrək öz üzərimdə daima çalışmışam. Məni bu vəzifəyə yüksəldən məqsədyönlülük, əməksevərlik, liderlik keyfiyyətlərim olub. Bundan əlavə, mən həmişə azərbaycanlı mütəxəssis Məhərrəm Əhmədovun tələbəsi olduğuma görə özümü çox şanslı hesab etmişəm, çünki onun səyləri nəticəsində mən gələcək peşəmi yüksək səviyyədə mənimsədim və öz işimin mütəxəssisi oldum. Eyni zamanda, yüksək nəticəyə çatmaq üçün mütləq əldə olan bütün resursların düzgün paylaşılmasına və istifadəsinə diqqət yetirmək lazımdı. Hər bir işdə nəzəriyyə ilə təcrübənin vəhdəti vacib amildir.

- Məqsədə çatmaq üçün savad və iradə kifayət edirmi? Siz uğur qazanmış insan kimi bu barədə nə deyə bilərsiniz?

- Savadlı və iradəli olmaq əsasdır, amma məqsədə çatmaq üçün kifayət deyil. İntellektdən və iradədən başqa səbrin, məntiqli düşüncənin, məqsədyönlülüyün, əməksevərliyin, vaxtında tapşırılan işləri yerinə yetirmə bacarığın və vaxta qənaət kimi keyfiyyətlərin olması da məqsədə çatmaq üçün vacibdir. Uğurlarıma görə, ilk növbədə özümə borcluyam. Çünki mən daima üzərimdə çox çalışmışam və bacarıqlarımı inkişaf etdirmişəm. Daha sonra mənim uğurlarımda və savadlı olmağımda müəllimlərimin rolu əvəzsizdir, xüsusilə də azərbaycanlı mütəxəssislərin. Onlar mənim şəxsiyyət kimi formalaşmağıma və gələcək peşəmi mənimsəməyimə çox böyük təsir göstəriblər.

-Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrin çoxsaylı suallarını cavablandırdınız. Tələbələrimiz barədə fikirlərinizi bilmək istərdik.

-Tələbələriniz çox savadlı və fəaldırlar, həmçinin yaradıcı düşüncəyə və geniş dünyagörüşünə sahibdirlər. Tam əminliklə deyə bilərəm ki, BANM-nin tələbələri Azərbaycanın parlaq gələcəyinin təminatıdırlar. BANM-də tələbələr üçün yaradılan şərait təqdirəlayiqdir: innovasiya texnologiyaları, laboratoriyalar. Tədrisdə yeni texnologiyaların tətbiqi, xarici şirkət və universitetlərlə sıx əlaqələrin qurulması, onların təcrübələrindən istifadə, tələbələrin ingilis dilini yüksək səviyyədə mənimsəmələri onların gələcəyin ən tələbatlı kadrları olacaqlarına təminat verir. Yeni tikilən kampusda gördüyüm yeniliklər də məni heyrətləndirdi. Düşünürəm ki, bu kampusda oxuyan gənclər ən şanslı tələbələr olacaqlar. BANM-in yaradılması ARDNŞ-nin yüksək ixtisaslı kadr hazırlığı istiqamətində ən uğurlu və düzgün atılan addımlarından biridir.

- Səfər çərçivəsində bir çox görüşləriniz oldu, eyni zamanda, Bakıda bir sıra tarixi, mədəni yerlərə baş çəkdiniz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?

-Mənim üçün 14 ildən sonra Bakını yenidən görmək əvəzolunmaz hiss idi. Azərbaycanın qısa zaman çərçivəsində bütün istiqamətlər üzrə sözün əsl mənasında xeyli inkişaf etdiyini gördüm. Şəhərdə gəzərkən müasirliyin və qərb üslubunun təcəssümü olan Alov qüllələrinin möhtəşəm görüntüsü hara getsən də həmişə göz önündədir, eyni zamanda, İçərişəhərin qədimliyi və şərq üslubunun qorunub saxlanması təqdirəlayiqdir. Müasir qərb üslubu ilə qədim şərq üslubunun qarşılaşması harmonik sintezdir. Onu da deyə bilərəm ki, insanlarınız həmişə olduğu kimi, qonaqpərvər və gülərüzdürlər. Üzlərindəki xoş təbəssüm və gözəl geyimləri onların həyatsevər, mədəniyyətli, yüksək ruhda olmalarının göstəricisidir. Azərbaycanın qısa müddətdə bu qədər inkişaf etməsi, xarici ölkələrlə dostluq və mədəni əlaqələrin qurulması üçün atılan addımlar düzgün seçilmiş siyasətin nəticəsidir. Mən Bakıdan sevgi dolu hisslərlə, xoş təəssüratlarla və canlanmış xatirələrimlə ayrılıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir