İQTİSADİYYAT


VII İstanbul Shopping Festivalı başa çatıb

Bakı, 17 iyul, Elvin Camalov, AZƏRTAC

VII İstanbul Shopping Festivalı (İSF) başa çatıb.

AZƏRTAC xəbər verir ki, iyulun 1-dən 16-dək “Design İSF” adı altında fəaliyyət göstərən sayca VII festivalın bağlanış mərasimi Venezia Ticarət Mərkəzində baş tutub.

İstanbul Böyükşəhər Bələdiyyə sədrinin iştirakı ilə baş tutan mərasimdə dünyanın bir çox ölkələrindən turistlərin gəldiyi, festivala böyük diqqət göstərildiyi və imkanlarından yararlandıqları bildirilib. Festivalın açılış mərasimini və gedişini izləmək üçün 13 ölkədən, o cümlədən Azərbaycan, Fransa, İtaliya, Rusiya, Çin, Sinqapur, Ukraynadan 40-dan çox mətbuat nümayəndəsi qatıldığı qeyd olunub. İSF, həmçinin 556 yaşlı “Qapalıçarşı”nın da turistlər tərəfindən daha yaxşı tanınmasına, bu böyük ticarət mərkəzinin dərindən kəşf edilməsinə kömək edib.

Doqquz ticarət mərkəzində qurulan “Design İSF” stendlərində alıcılara bəzək əşyaları, aksesuarlar, mebel dəstləri, kitab, paltarlar, orqanik qida məhsulları təqdim olunub. Həmçinin festival müddətində alıcılar müxtəlif əyləncəli proqramların, konsertlərin, rəqs nümayişlərinin şahidi olub.

İSF-in bağlanış mərasimində festivalda iştirak edən ticarət mərkəzi ilə yanaşı dəstək olan qurumlara, o cümlədən “Türk Hava Yolları”, Türkiyə Səyahət Agentlikləri Birliyi, Türkiyə Otelçilər Birliyi, “Karnaval Media Group”a təşəkkür plaketləri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.