MƏDƏNİYYƏT


VII Şairlər Günü Şabranda keçiriləcək

A+ A

Bakı, 22 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Hər il ənənəvi olaraq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə respublikamızda Şairlər Günü qeyd olunur.

AYB-in mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza AZƏRTAC-a bildirib ki, 2017-ci ildə VII Şairlər Günü Şabranda keçiriləcək. Bu qərar Şabranda qurumun bölməsi açıldığı gündə verilib. AYB-in Şabran bölməsi, rayonun Xaqani Poeziya Klubu və Şabran ədəbi dərnəyinin dəstəyi, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirə xarici qonaqlar da dəvət olunacaq.

Qeyd edək ki, Şabran rayonunda hər il Xaqani Poeziya Günləri təntənəli şəkildə qeyd edilir və bayramın respublika əhəmiyyəti daşıması üçün AYB-də Xaqani Poeziya Günləri Təşkilat Komitəsi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.