CƏMİYYƏT


“VI Bakı Koreya dili natiqlik müsabiqəsi” keçirilib

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə “VI Bakı Koreya dili natiqlik müsabiqəsi” keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən mərasimdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən, Koreya universitetləri ilə birgə layihələrdən danışıb. BDU-da Koreya dili və ədəbiyyatı fənlərinin tədris edildiyini söyləyən rektor universitetdə altı buraxılış üzrə 48 məzun hazırlandığını diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən müddətdə uğurlu layihələr reallaşdırılıb, Koreya səfirliyinin dəstəyi ilə BDU-da “Koreya mədəniyyəti üzrə Viktorina 2016” və digər tədbirlər keçirilib.

“VI Bakı Koreya dili natiqlik müsabiqəsi” ilə bağlı fikirlərini bölüşən səfir Kim Çanq-gyu BDU ilə Koreya universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Sonra müsabiqə keçirilib, nəticələr elan olunub. Nəticələrə görə birinci və üçüncü yerləri BDU-nun tələbələri Fərəh Yaqublu və Könül Babayeva, ikinci yeri isə Azərbaycan Dillər Universitetinin tələbəsi Fəridə Aydayeva tutub.

Tədbir iştirakçıları Koreya yaradıcılıq müsabiqəsində seçilmiş əsərlərin sərgisi və Koreya mətbəxi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.