İDMAN
VOLEYBOL MƏŞQÇİLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
Tədbirdə qurumun vitse-prezidenti, məşqçilər şurasının sədri, əməkdar məşqçi, qadınlardan ibarət milli yığma komandanın və “Azərreyl”in baş məşqçisi Faiq Qarayev son 4 ildə ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülmüş işlərdən, əldə olunmuş uğurlardan və mövcud problemlərdən danışmışdır. O, Azərbaycanda voleybolun inkişafı üçün islahatların aparılacağını qeyd etmişdir. Bildirmişdir ki, qadın voleybolçularımız artıq son bir neçə ildə dünya və Avropa çempionatlarında, “Qran-pri” və kubok yarışlarında yüksək nəticələr əldə edirlər və bu reytinq qorunub saxlanmalıdır. Kişi voleybolçularımız da 2005-ci ildə beynəlxalq arenada ilk uğurlar qazanmışlar.
İclasda kişilər arasında ölkə çempionatının yüksək liqasında çıxış edən “Metro”, “Azərneft”, “Rabitə”, qadınlar arasında “Nəqliyyatçı”, “Azəri”, “Azərreyl-3” komandalarının rəhbərləri və məşqçiləri çıxış etmişlər.