Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

V.Putin: Türkiyə ilə üst-üstə düşən regional maraqlarımız çoxdur

V.Putin: Türkiyə ilə üst-üstə düşən regional maraqlarımız çoxdur

Moskva, 18 dekabr, AZƏRTAC 

Dekabrın 18-də Rusiya Prezidenti Vladimir Putin Rusiya və xarici ölkə jurnalistləri üçün ənənəvi geniş mətbuat konfransı keçirib. Mətbuat konfransında KİV-lərin 1259 nümayəndəsi akkreditə olunub.

Rusiya Prezidenti öz çıxışında ölkədəki vəziyyətdən, daxili və xarici siyasətin əsas istiqamətlərindən danışıb. Daha sonra V.Putin jurnalistlərin suallarına cavab verib. Məsələn, qaz kontraktları barədə TASS-ın müxbirinin sualına cavabında Rusiya Prezidenti bildirib ki, Türkiyə iqtisadiyyatı inkişaf edir və onun əlavə enerji resurslarına ehtiyacı var. Türkiyə hər şeydən əvvəl ölkənin daxili bazarına qaz nəqlinin artırılması məsələsini qarşıya qoyur və Rusiya bu ölkəyə qaz nəql etməyə hazırdır.

Rusiya lideri həmçinin ikitərəfli Türkiyə-Rusiya münasibətlərinin perspektivləri və Kipr məsələsinin həllində Rusiyanın rolu barədə Türkiyənin “Cihan” informasiya agentliyinin sualını cavablandırıb. V.Putin qeyd edib ki, Kipr probleminin nizama salınması məsələsində Rusiya tarazlaşdırılmış mövqe tutmağa və “problemin elə bir həlli yolunu tapmağa çalışır ki, o, həm adanın şimal, həm də cənub hissəsini, həm türkləri, həm də yunanları qane etsin”.

Rusiya Prezidentinin sözlərinə görə, bu məsələnin həllində müəyyən optimizm vardır, sərhəddə “liberallaşma və zəifləmə” müşahidə edilir. RF Prezidenti bu yaxınlarda Türkiyə Respublikasına səfərindən bəhs edərək deyib: “Bilirsiniz, tariximizdə faciəvi və dramatik hadisələr çox olub, Atatürkün zamanında yaxşı hadisələr də az olmayıb. Bununla əlaqədar nə demək istərdim? Axı, Avropada da müxtəlif ölkələr və xalqlar arasında münasibətlər asanlıqla qurulmayıb. Düşünürəm ki, məsələn, Almaniya və Fransa əməkdaşlıq, müasir şəraitdə münasibətlər qurmaq üçün bizə yaxşı nümunə göstərirlər. Onlar öz aralarında nə qədər müharibə aparıblar: Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, 1870-ci il. Daha nələr olmayıb, amma indiki şəraitdə bir ittifaq çərçivəsində çox səmərəli işləyirlər. Biz də yaxşı misallardan nümunə götürməliyik. Bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim Türkiyə ilə üst-üstə düşən regional maraqlarımız çoxdur. Üstəlik, bir sıra regional məsələlərin həllində Türkiyənin fəal iştirakı olmadan bu məsələlərin həlli heç mümkün deyil. Odur ki, biz münasibətlərin inkişaf etdirilməsinə maraq göstəririk və bunu edəcəyik”.

V.Putin Rusiya-Gürcüstan münasibətlərinin perspektivləri barədə Gürcüstanın “Maestro” teleşirkəti nümayəndəsinin sualına cavab verərkən gürcü-abxaz münaqişəsinin həllinə toxunaraq bildirib ki, Rusiya siyasi dialoqa kömək göstərməyə hazırdır. Rusiya Prezidenti qeyd edib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya ölkənin Ümumdünya Ticarət Təşkilatına qoşulmasına Gürcüstanın mane olmamaq qərarının cavabında Gürcüstan mallarının Rusiya bazarına göndərilməsinə icazə verib. Gürcüstan rəhbərliyi çox yaxşı jest etdi və Rusiya bu jestə öz bazarını açmaqla cavab verdi. V.Putin deyib: “Biz gələcəkdə də bu istiqamətdə hərəkət etməyə hazırıq. Gürcüstan rəhbərliyi mümkün hesab edərsə, biz Gürcüstan rəhbərliyinin istənilən nümayəndəsini, Prezidenti də, baş naziri də Moskvada görməyə şad olarıq”.

“Delovoy İran” jurnalının müxbiri Rusiya ilə İran arasında ticarət-iqtisadi münasibətlərin inkişafı barədə sualla RF Prezidentinə müraciət edib. V.Putin bildirib ki, iki ölkə arasında əmtəə mübadiləsi azalıb. Rusiya Prezidenti deyib: “Biz bunu İran Prezidenti ilə də müzakirə etmişik. Prezidentin sözlərinə görə, əmtəə mübadiləsinin yaxşılaşması dünya iqtisadiyyatında yaranan vəziyyətdən asılıdır. İran neft-qaz hasil edən ölkədir və İran iqtisadiyyatı dünyanın neft-qaz sektorundakı vəziyyətlə bu və ya digər dərəcədə bağlıdır”.

V.Putin deyib: “Hazırda biz enerji daşıyıcılarının, neftin qiymətlərinin aşağı düşməsinin şahidi oluruq. Bu barədə çox söz-söhbət var: Axı, niyə belə olur? İranı cəzalandırmaq, Rusiya iqtisadiyyatına, Venesuelaya təsir göstərmək üçün Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar arasında hər hansı bir sövdələşmə və s. Ola bilər. Bəlkə də belə deyil. Ola bilsin ki, bu, sadəcə ənənəvi xammal istehsalçıları ilə şist neft istehsalçılarının mübarizəsidir və tezliklə bu mübarizə zəifləyəcək, nəticədə hər şey dağılacaq və qiymətlər qalxacaq. Biz bunu dəqiq deyə bilmərik. Məsələn, deyək ki, ABŞ administrasiyasının və əsas xammal istehsalçılarının maraqları üst-üstə düşəcəkmi? Ola bilər. Çünki administrasiya xüsusi şirkətlərin şist neft hasilatına sərmayə qoyuluşlarına prinsipcə çox sakit yanaşır. Onlar üçün ən başlıcası, qiymətlərin ümumi səviyyəsidir”. Prezident bildirib ki, əgər neftin qiyməti daim aşağı səviyyədə qalsa, nəticədə şirkətlər çox zəhmət tələb edən neft ehtiyatlarına, yeni yataqlara sərmayə qoymaqdan əl çəkəcəklər və dünya iqtisadiyyatının inkişafı fonunda bu, hətta sənaye cəhətdən inkişaf etmiş ölkələrə də təsir göstərə bilər.

V.Putin qeyd edib ki, Rusiya maşınqayırma, təyyarəqayırma sahəsində İran ilə əməkdaşlıq edir və əməkdaşlığın şaxələndirilməsi üçün neft-qaz sektorundan başqa, digər imkanlar axtarıb tapmağa çalışır. V.Putin deyib: “Biz iranlı tərəfdaşlarımız və dostlarımız ilə birlikdə nüvə proqramı məsələsinin həlli üzərində işləyəcəyik. Düşünürəm ki, bu problemin həllinə çox yaxınlaşmışıq. İran rəhbərliyi çox böyük çeviklik nümayiş etdirir”. O, əminliklə bildirib ki, yaxın gələcəkdə İranın nüvə proqramına dair son qərara imza atılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb