SİYASƏT


V Qlobal Bakı Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

“Concordia” Sammitində iştirak etmək üçün Nyu-Yorkda bir araya gələn Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və üzvləri təşkilatın fəaliyyəti ilə bağlı toplantı keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvləri - İsrailin keçmiş Baş naziri Ehud Barak, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.

Görüşdə 2017-ci ildə Bakıda keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, Forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün görüləcək tədbirlər, Foruma hazırlıq iclaslarının yeri və vaxtı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək planlarına dair müzakirələr aparılıb. Əsas diqqət noyabr ayında 50-dən çox ölkənin indiki və sabiq rəhbərinin iştirakı ilə Bosniya və Herseqovinada keçirilməsi planlaşdırılan IX ali səviyyəli toplantıya ayrılıb. Foruma hazırlıq məqsədilə Bosniya və Herseqovinadan başqa, Misir və Çində planlaşdırılan hazırlıq iclasları da müzakirə edilib.

“Concordia” Sammiti çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin digər görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.