MƏDƏNİYYƏT


V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində Azərbaycan ilə Rusiya arasında müqavilə imzalanıb

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq müqaviləsində xalq yaradıcılığı, kitabxana və muzey işi, kinematoqrafiya sahələrində əməkdaşlığın aparılması və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil proqramları çərçivəsində əməkdaşlıq, musiqi və sirk kollektivləri, ayrı-ayrı ifaçılar və musiqi sənəti sahəsində mütəxəssislərin mübadiləsi, mədəniyyət və incəsənət üzrə ali və orta təhsil müəssisələri, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.

Xatırladırıq ki, müqaviləni Azərbaycan Respublikası tərəfindən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyası tərəfindən isə mədəniyyət nazirinin müavini Alla Manilova imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.